Vüqar Qurbanov Yeni Klinikaya direktor müavini təyin etdi

Vüqar Qurbanov Yeni Klinikaya direktor müavini təyin etdi

Yeni Klinikaya direktor müavini təyin olunub.

Rezonans.az xəbər verir ki, bu barədə klinikanın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq təqdimatına əsasən, Gülnar Nuriyeva tibb müəssisəsinin direktor müavini və Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri vəzifəsinə təyin edilib.

2021-2022-ci illərdə Bakı Sağlamlıq Mərkəzində Doğum Şöbəsinin müdiri olan Gülnar Nuriyeva daha sonra Uniklinika və Mərkəzi Gömrük Hospitalda həkim-ginekoloq olaraq çalışıb.

Xəbəri paylaş: