Salyandakı qəzada yaralananların son durumu

img

Salyan rayonunda baş verən yol qəzası ilə əlaqədar Salyan Rayon Mərkəzi Xəstəxanasına 11 nəfər (2-si kişi, 9-u qadın olmaqla) yerləşdirilib.

Rezonans.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslər müvafiq şöbələrə yerləşdirilib, onlara zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş hesab olunan 9 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsində 2 nəfərin müalicəsi davam etdirilir. 1-nin vəziyyəti kritik ağır, 1-nin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Qeyd edək ki, Salyanda mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.

Xəbəri paylaş: