Xersonda Rusiya pasportlarının verilməsinə başlanacaq

Xersonda Rusiya pasportlarının verilməsinə başlanacaq

Ukraynanın Xerson vilayətinin sakinləri bu il Rusiya pasportlarını ala biləcəklər.

Rezonans.az xəbər verir ki, bu barədə Rusiyanın sözügedən bölgəyə təyin etdiyi hərbi-mülki administrasiyasının sədr müavini Kirill Stremousov bildirib.

"Rusiya pasportları burada veriləcək. Hesab edirəm ki, bu, bu il baş verəcək", - nümayəndə bildirib. 

Stremousov qeyd edib ki, hər kəs sənəd almaq hüququna malik olacaq.

Qeyd edək ki, daha əvvəl rus rublunun Xersonda rəsmi valyuta kimi istifadə edilməsi planlaşdırılırdı. 

Xəbəri paylaş: