“Mediasiya metodologiyası” kitabının təqdimat mərasimi keçirilib

img

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən "Mediasiyanın metodologiyası kitabının nəşri" layihəsi çərçivəsində Mediasiya Şurasının metodiki dəstəyi və rəyi əsasında çap olunmuş kitabın təqdimat mərasimi keçirilmişdir.


Rezonans.az xəbər verir ki, tədbirdə çıxış edən Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov qeyd edib ki, kitab vətəndaş cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində nəşr edilib. Belə ki, qeyd edilən kitab Avrasiya Hüquqşünaslar Assosiasiyası tərəfindən həyata keçirilən və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən layihə çərçivəsində nəşr olunub.

Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva da çıxış edərək, mediasiya metodologiyasınin tədrisində ədəbiyyatın olmasının əhəmiyyəti və üstünlüklərindən danışıb.

Təqdimat mərasimində çıxış edən Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov nəşrin mahiyyəti barədə danışarkən qeyd edib ki, nəşr təkcə mediatorlar üçün deyil, eyni zamanda mediasiya sahəsi ilə maraqlanan hüquqşünaslar, müəllimlər, hakimlər və vəkillər üçün də son dərəcə zəruri bir ədəbiyyatdır. O qeyd edib ki, ərsəyə gələn bu kitab Ədliyyə Akademiyası tərəfindən təşkil edilən təlimlərdə dinləyicilərə təqdim ediləcək.

Çıxış edən Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov nəşrin ərsəyə gəlməsindəki dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və eyni zamanda layihənin icraçısı Avrasiya Hüquqşünaslar Assosiasiyasına təşəkkür edib. O qeyd edib ki, mediasiya sahəsində ilk nəşrlərdən sayılan bu vəsait mediatorlar üçün Ədliyyə Akademiyası tərəfindən təşkil edilən təlimlər üçün son dərəcə zəruridir.

Bu nəşrlər ödənişsiz əsaslarla mediatorlara və eyni zamanda bu sahə ilə bilavəsitə bağlı olan şəxslərə təqdim ediləcəkdir.

AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında keçirilən təqdimat mərasiminədə Ədliyyə Akademiyasının və Mediasiya Şurasının təlimçiləri, mediatorlar və mediasiya təşkilatı rəhbərləri iştirak edib

Tədbirin sonunda iştirakçılara kitablar təqdim edilib və mediatorlar kitabın əhəmiyyəti barədə fikirlərini bildiriblər.

Xəbəri paylaş: