Qazax Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Rezonans.az-a verilən məlumata görə, keçirilən müvafiq tədbirləri nəticəsində rayonun Xanlıqlar kənd sakini müvafiq sənədləri olmayan, TOZ markalı ov silahını polisə könüllü təhvil verib
Həmin silah müvafiq ekspertizaya təqdim edilib və faktla bağlı araşdırmalar davam etdirilir.