Bu il qatar beş nəfəri öldürüb, doqquzunu yaralayıb

img

Bu il “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY)  məxsus dəmir yolu keçidlərində avtomobil nəqliyyatı vasitələrinin qatarın qarşısına qəfil çıxması nəticəsində beş nəfər ölüb, doqquz nəfər xəsarət alıb.

ADY-dən Rezonans.az-a verilən məlumata görə, hərəkətdə olan qatarın qarşısına qəfil insan çıxması nəticəsində isə beş nəfər həlak olub, altı nəfər ağır xəsarət alıb.

Qeyd edək ki, 19 noyabr Yol-nəqliyyat hadisələri qurbanlarının Ümumdünya Anım Günüdür.

Xəbəri paylaş: