Bu marşrutlar da kartla ödənişə keçdi

img

Bu gündən etibarən “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan 592 və 567 saylı marşrut xətlərində kartla ödəniş sistemi (BakıKart) tətbiq edilir.

Rezonans.az xəbər verir ki, bununla əlaqədar marşrut xəttinin keçdiyi ərazilərdə bir neçə ödəniş aparatı quraşdırılıb. Həmçinin sonuncu dayanacaq məntəqələrindəki dispetçerə (Qobu və Goradil qəsəbələrində) kart yükləmə problemi ilə üzləşən sərnişinlərə kömək etməsi məqsədilə post-terminallar təqdim edilib.

Qeyd edək ki, 567 və 592 saylı marşrut xəttləri üzrə avtobuslardan hər gün 35-40 min nəfərədək sərnişin istifadə edir. Bu xəttlərin kart sisteminə qoşulması sərnişinlərin rahatlığı və xidmət keyfiyyətinin yüksəldilməsi ilə yanaşı maliyyə şəffaflığı və elektron ödənişlərin təşviqi baxımından da çox əhəmiyyətlidir.

Xəbəri paylaş: