Şahin Bağırov DGK-nin strateji hədəflərini açıqladı

img

Dövlət Gömrük Komitəsinin qarşısında duran əsas strateji hədəflər açıqlanıb.

Rezonans.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Bakıda keçirilən “Gömrük-Biznes Forumu 2023”də çıxışı zamanı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov məlumat verib.

O bildirib ki, Komitə tərəfindən qəbul edilən Gömrük İnkişaf Modelində gömrük orqanlarının fəaliyyətində şəffaflığın yüksəldilməsi, sahibkarlığın və vətəndaşların məmnuniyyətinin artırılması,rəqəmsal gömrük sisteminin yaradılması, büdcə ödənişlərində gömrük daxilolmalarının dayanıqlılığının təmin edilməsi və daha güclü, güvənli hüquq- mühafizə tədbirlərinin həyata keçirilmısi strateji hədəflər kimi müəyyən edilib.

Xəbəri paylaş: