
Baş Prokurorluq noyabrın 29-da Astarada ətraf region prokurorluqları və hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə konfrans təşkil edəcək.
Bu barədə Rezonans.az-a qurumdan bildirilib.
Qeyd olunub ki, “Heydər Əliyev və müasir dövlət quruculuğu” adlı konfransda, Baş Prokurorluğun və digər dövlət qurumlarının məsul şəxsləri, regional media nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edəcək.
Konfrans çərçivəsində, həmçinin, Astara rayon prokurorluğunda media və qeyri-hökumət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günü təşkil ediləcək.
Xatırladaq ki, Baş Prokurorluq bundan əvvəl, Gəncə, Lənkəran, Şəki, Gədəbəy, Quba, Bərdə, Zaqatala, Sabirabad, Şəmkir və Göyçay şəhərlərində regional konfranslar keçirib.