Binəqədidə dava - Gənc oğlan bıçaqlandı

img

Bakının Binəqədi rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Rezonans.az xəbər verir ki, hadisə "Binəqədi Gənclər Şəhərciyi"ndə qeydə alınıb.

1992-ci il təvəllüdlü Şiranzadə Rəşad Zəfər oğlu tanımadığı şəxslə dava zamanı bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparılır.

Xəbəri paylaş: