Heydər Əliyev prospektində qəza

img

Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsinin baş verməsi və köməkçi yolda texniki nasaz nəqliyyat vasitəsinin yolda qalması səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb.

Bu barədə Rezonans.az-a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları ərazidə xidmət aparan yol polisi əməkdaşlarına məlumat verib. Sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.

Xəbəri paylaş: