Qanunsuz saxlanılan odlu silahlar polisə təhvil verildi

img

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Rezonans.az-a verilən məlumata görə, keçirilən profilaktiki tədbirlər nəticəsində Şamaxı rayonunda 1, Mingəçevir şəhərində isə 2 ov tüfəngini vətəndaşlar könüllü polisə təhvil veriblər.
 

Xəbəri paylaş: