Bakıda evdən və bank kartından oğurluq edən şəxs saxlanıldı

img

Nəsimi rayonu ərazisində mənzillərin birindən qızıl-zinət əşyaları, sənəd və bank kartının oğurlanması və həmin bank kartından 3000 manat pulun çıxarılması barədə polisə məlumat daxil olub.

Rezonans.az DİN-ə istinadən xəbər verir ki, Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əli Xuduyev müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.

Xəbəri paylaş: