Rusiyanın Çelyabinsk vilayətindəki qəbiristanlıqda naməlum şəxslər Ukraynadakı müharibədə ölürülmüş hərbçilərin məzarlarını dağıdıblar.
Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, məzarlarda asılan 25 bayraq kəsilib, gül çələngləri yandırılıb.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 244-cü maddəsi ilə ölənlərin cəsədlərinin və onların basdırıldığı yerlərin təhqir olunması ilə bağlı cinayət işi başlanıb.