
Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində obyektdə yanğınla əlaqəli polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülür.
DİN-in mətbuat xidmətindən Rezonans.az-a verilən məlumata görə, əraziyə əlavə canlı qüvvə cəlb edilib.
Obyektdə olan şəxslər oradan tam təxliyyə ediliblər. Xilasetmədə iştirak edən bir polis əməkdaşı xəsarət alıb.
Hazırda tədbirlər davam etdirilir.