FHN metronun bu stansiyasında təlim keçirəcək

img

Fövqəladə Hallar Nazirliyi (FHN) ilə “Bakı Metropoliteni” QSC metronun “8 Noyabr” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda noyabrın 24-də gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.

Fövqəladə Hallar Nazirliyindən Rezonans.az-a verilən məlumata görə, təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.

Xəbəri paylaş: