Bu ölkələr Rusiyaya qarşı sanksiya tətbiq etməyə davam edəcək

img

Kanada və Avropa İttifaqı Rusiyaya qarşı geniş sanksiyalar tətbiq etməyə davam edəcək.

Rezonans.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Aİ-Kanada sammitinin yekunları üzrə dərc edilmiş birgə bəyanatda qeyd olunub.

“Xüsusilə, biz Rusiyaya qarşı geniş sanksiyalar, eləcə də ixrac nəzarəti sahəsində ciddi məhdudiyyətlər və qadağalar tətbiq etməyə davam edəcəyik”, - bəyanatda deyilir.

Qeyd edək ki, noyabrın 15-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Aİ-nin Rusiyaya qarşı 12-ci sanksiyalar paketini beynəlxalq hüququn pozulması adlandırıb və bunun cavabsız qalmayacağını bildirib.

Xəbəri paylaş: