Yaponiyada epidemiyadan zərər görən turizm sektorunu canlandırmaq üçün sərhəd qapılarının xarici turistlərin üzünə açılması hədəflənir.
Rezonans.az xarici KİV-lərə istinadən xəbər verir ki, Baş nazir Kişida Fumio xarici turistlər üçün sərhəd tədbirlərini "tədricən" yüngülləşdirəcəklərini açıqlayıb.
Hökumət əvvəlcə ölkəyə qəbul edilən sərnişinlərin sayını 10.000-dən 20.000-ə qədər artıracaq.
Müvafiq olaraq, iyun ayının əvvəlindən etibarən kiçik həcmli xarici turist qruplarının ölkəyə girişinə icazə veriləcək.
Qrup üzvlərindən ən azı 3 doza peyvənd vurulması tələb olunacaq.
Müəyyən turizm məntəqələrini əvvəlcədən ziyarət edə biləcək qruplar arasında hallar aşkar olunarsa, yerli administrasiyaların epidemiyaya qarşı reaksiya imkanları ölçüləcək.
2019-cu ildə ölkəyə 32 milyon xarici turist gəlib.
Yaponiya Turizm Agentliyi, COVID-19 epidemiyasının yaratdığı sosial-iqtisadi şəraitdən sonra 2021-ci ildə ölkəyə 245 min 900 xarici turistin gəldiyini açıqlayıb.










