2012-ci ildə ölən babasından qalan silahı polisə təhvil verdi

img

Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.

Rezonans.az DİN-ə istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin Saray Polis bölməsinə müraciət edən qəsəbə sakini 1998-ci il təvəllüdlü F.Namazov 2012-ci ildə dünyasını dəyişən babası R.Namazovdan qalan müvafiq səbədləri olmayan 1 ədəd ov tüfəngini könüllü olaraq Bölmə əməkdaşlarına təhvil verib. 

Son günlər bu sahədə aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün vətəndaşa təşəkkür edilib.

Xəbəri paylaş: