Sahibsiz küçə itini öldürən şəxs müəyyən edildi

img

Mingəçevirdə sahibsiz itin küçədə öldürülməsi ilə bağlı hadisəyə Daxili İşlər Nazirliyindən açıqlama verilib. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Rezonans.az-a bildirilib ki, Mingəçevir şəhərində itə qarşı rəhmsiz rəftar edən şəxs müəyyən edilib və onun barəsində İnzibati Xətalar Məcəlləsinin  274-cü (heyvanlarla rəhmsiz rəftar edilməsi) maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.

Xəbəri paylaş: