Sarkisyan Şuşadan danışmaq istəmədi

img

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan jurnalistlərin Şuşanı yenidən işğal etməyin mümkün olub-olmaması barədə sualını cavablandırmaqdan yayınıb.


Rezonans.az
Ermənistan KİV-nə istinadən xəbər verir ki, Sarkisyanın sözlərinə görə, bu gün müxalifət üçün prioritet baş nazir Nikol Paşinyanın və komandasının hakimiyyətdən uzaqlaşdırılmasıdır.

“Ermənilərin bu gün başqa vəzifəsi var - Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq və ciddi problemlərlə məşğul olmaq".


Ermənistanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət üzvləri ölkənin müxtəlif regionlarında aksiyaları davam etdirirlər.

Parlamentin vitse-spikeri, "Daşnaksütyun"un  nümayəndəsi İşxan Saqatelyan deyib ki, mayın 9-da Aştarak şossesindən Gümrüyə avtoyürüş başlayacaq, orada saat 13:00-da mitinq keçiriləcək. Saat 17:00-da İrəvandakı Fransa meydanında Qarabağla bağlı şüarlar səsləndiriləcək, böyük mitinq keçiriləcək.

O qeyd edib ki, mübarizə davam edir və heç bir geri çəkiliş olmayacaq.

Xəbəri paylaş: