Şamaxıda Üzüm və Şərab Festivalı keçirildi

img

Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İkinci Üzüm və Şərab Festivalı keçirilib.

Rezonans.az xəbər verir ki, 25-26 noyabr tarixlərində keçirilən festivalda 20-yə yaxın yerli şərab istehsalçısının müxtəlif növdə və çeşiddə olan şərablar nümayiş etdirilib və dequstasiya imkanı yaradılıb.

Festivalda 2 gün boyunca müxtəlif əyləncəli-musiqili proqramlar təşkil olunub.

İlk dəfə 2019-cu ildə keçirilən festival yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasını hədəfləyir.

Festivalda uzun illərdən sonra ilk dəfə olaraq Qarabağda - Tuğda yetişdirilən, Azərbaycanın ən qədim yerli texniki üzüm sortu hesab olunan “Xındoqnı” üzüm sortundan alınan yüksək keyfiyyətli qırmızı süfrə şərablarının təqdimatı da baş tutub.

Xəbəri paylaş: