Qızılca” xəstəliyi ilə bağlı yoluxma halı Kürdəmir rayonunun 1 nömrəli, Atakişili, Sor-Sor, Pirili, Ərəbqubalı, Şilyan və Qarasaqqal kənd tam orta məktəblərinin şagirdləri arasında aşkarlanıb.
Bu barədə Rezonans.az-a Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib.
Bildirilib ki, sözügedən məsələ ilə bağlı Kürdəmir rayon Mərkəzi Xəstəxanasından aldığımız məlumata əsasən, 9 nəfər şagird hazırda xəstəxanada stasionar şəraitdə müalicə alır, digər yoluxan şagirdlərin isə ambulator (ev şəraitində) müalicələri davam etdirilir və şagirdlərin vəziyyətinin stabil olduğu qiymətləndirilir.
Həmçinin təhsil müəssisələri arasında kəskin yoxulma halı baş verdiyi təqdirdə müvafiq səhiyyə qurumu (Gigiyena və Epidemiologiya Mərkəzi) və aidiyyəti yerli təhsili idarəetmə orqanı (Mərkəzi Aran RTİ) tərəfindən müvafiq addımlar atılacaqdır. Hazırda kəskin yoluxma faktı olmadığı üçün həmin ümumi təhsil müəssisələrinin bağlanılması ilə bağlı qərar qəbul edilməyib və belə bir məlumat həqiqəti əks etdirmir.
Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən hazırda aidiyyəti olaraq ümumi təhsil müəssisələrinə sözügedən məsələ ilə bağlı müvafiq tapşırıqlar verilmiş, xəstəliyin simptomları aşkar olunan şagirdlərin dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına müraciət etməsi və eyni zamanda “Qızılca” virusu xəstəliyi əleyhinə peyvənd olunmaları tövsiyə olunub.