Ağdərə rayonunun yenidən yaradılması tarixi həqiqətdir. Bu gün müzakirə edilən layihələr regionların sosial-iqtisadi inkişafına, idaəretmənin təkmilləşdirilməsinə, insanların yaxşı şəraitdə məskunlaşmasına xidmətdir".
Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deputat Tahir Rzayev deyib. O bildirib ki, Kəlbəcərin 132 kəndi var və elə ərazi də var ki, orada çox az sayda ailə yaşayıb:
“Bu gün Azərbaycanda yaşayış məskənləri çoxdur. Ona görə də kəndlərin birləşdirilməsi yaxşı addımdır. Azad edilən ərazilərdə kəndlərin bir çox bərbad vəziyyətdədir, viran qoyulub. Prezident İlham Əliyevin dövlət büdcəsindən ayırdığı vəsaitlə həmin ərazilər yenidən bərpa olunacaq”.