Milli Məclisdə iki kəndin adının dəyişdirilməsi təklif olunub.
Rezonans.az xəbər verir ki, bu təkliflə parlamentin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Aqil Məmmədov çıxış edib.
“Ağdərə rayonuna daxil edilən kəndlərin adları dəyişdirilib. Bu, sevindirici haldır. Amma iki kənd var ki, onların adlarına da baxılmalıdır. Bunlar Kəlbəcərin Zardaxaç və Tərtər rayonunun Qasapet kəndləridir. Düşünürəm ki, bunların adlarına yenidən baxılmalıdır. Onların adları niyə belə qalıb bilmirəm”, - deyə deputat bildirib.