Qanunsuz ağac emal edən sex aşkarlandı

img

Lənkəran şəhərində qanunsuz ağac emalı ilə məşğul olan sex aşkar edilib.

Rezonans.az xəbər verir ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin və ETSN-nin Regional İdarəsinin əməkdaşlarının keçirdiyi birgə tədbirlərlə obyektə baxış zamanı fıstıq və qızılağac növlü ağacların ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin tələblərinin pozularaq emal ediliyi müəyyən edilib.

Sexin sahibi Lənkəran şəhər sakini 1961–ci il təvəllüdlü R.Nəzərov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və həmin şəxs qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunub.

Xəbəri paylaş: