Yasamalda yanğın olub

img

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda ictimai iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub. 

Rezonans.az xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri çağırış üzrə cəlb olunub.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 240 m² olan obyektin mətbəxində və havalandırma qurğusunda baş verən yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1 ədəd kiçik mətbəx avadanlığı və havalandırma qurğusunda yağ qalıqları yanıb. 

Restoran və mənzillər yanğından mühafizə olunub.

Xəbəri paylaş: