
Rusiyanın cənubunda qeyri-sabit hava şəraiti ilə əlaqədar 955 nəfər təxliyə edilib.
Rezonans.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyi yayıb.
Onlardan 179 nəfərin uşaq olduğu bildirilir.
Məlumata görə, ölkənin cənubunda 320-dən çox evi su basıb. Hazırda əlverişsiz hava şəraitinin fəsadlarının aradan qaldırılması üzrə işlər davam etdirilir. Sözügedən işlərə 3500-dən çox canlı qüvvə və 1200 texnika cəlb edilib.