“Yaxın gələcəkdə iqlim dəyişikliklərinin artacağı proqnozlaşdırılır”

img

“İşğaldan azad edilmiş ərazilərdə karbon neytrallığına nail olmaq bizim hədəfimizdir”.

Rezonans.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva qlobal iqlim dəyişmələri mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı bildirib.

O qeyd edib ki, ölkənin strateji sənədlərində və dövlət proqramlarında bu yer alıb.

U.Tağıyeva əlavə edib ki, son zamanlar iqlim dəyişmələri nəticəsində bütün ölkələrdə təbii fəlakətlər yaşanır: “Noyabr ayında qonşu ölkələrdə müşahidə olunanlar da bunun nə dərəcədə vacib olduğunu göstərir. Ölkələrin iqtisadiyyatları itki ilə üzləşir. Yaxın gələcəkdə iqlim dəyişikliklərinin artacağı proqnozlaşdırılır”.

Xəbəri paylaş: