“NATO Fələstin-İsrail münaqişəsində fəal rol oynamır”

img

“NATO bir müttəfiq olaraq Fələstin-İsrail münaqişəsində fəal rol oynamır”.

Rezonans.az “TASS”a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq alyansa üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasının birinci gününün yekunları üzrə brifinqdə deyib.

Qeyd edək ki, dünən NATO Qəzzada atəşkəsin uzadılmasına çağırıb. Stoltenberqin sözlərinə görə, daha çox yardım çatdırmaq və girovları azad etmək lazımdır.

Xəbəri paylaş: