Xızıda 7 ədəd sənədsiz silah təhvil götürüldü

img

Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Rezonans.az-a verilən məlumata görə, qeyd olunan tədbirlər zamanı bu gün ərzində polis əməkdaşları tərəfindən 1 ədəd “AKS-74” markalı avtomat, 1 ədəd həmin silaha məxsus patron darağı, 6 ədəd müxtəlif növ tüfəng və 25 ədəd güllə təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Xəbəri paylaş: