Bakıda 16 yaşlı oğlan bıçaqlandı

img

Bakının Nərimanov rayonunda dava zamanı 16 yaşlı oğlan bıçaqlanıb.

Rezonans.az xəbər verir ki, hadisə Təbriz küçəsində qeydə alınıb.

2007-ci il təvəllüdlü Məmmədzadə Elton Məmməd oğlu dava zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Xəbəri paylaş: