
“Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs rejimini daha 4 gün uzatmağa hazırdır”.
Rezonans.az xəbər verir ki, bu barədə məlumatı “France-Presse” agentliyi yayıb.
Hərəkat hələ ki rəsmi olaraq bu məlumatı şərh etməyib.
Xatırladaq ki, noyabrın 24-dən İsraillə Həmas arasında Qəzza zolağında müvəqqəti atəşkəs elan edilib.