“Ana və uşaq ölümü bizdə böyük problemdir”.
Rezonans.az xəbər verir ki, bu fikirləri Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda keçirilən ictimai dinləmədə bildirib.
Komitə sədri qeyd edib ki, bununla bağlı ölkədə xeyli uğurlar qazanılsa da, hələ də inkişaf etmiş ölkələr səviyyəsində deyilik: “Problemləri araşdırsaq, görərik ki, səhiyyə işçilərindən çox şey asılı olduğu kimi insanların özlərindən də asılıdır. Vaxtlı-vaxtında hamiləlik dövründə müayinələrə getməmək, səhiyyə gigiyenasının olmaması, erkən nikahlar və s. uşaq və qadın ölümlərini artırır”.
***
Səhiyyə nazirinin müavini İlqar Qasımov mövzu ilə bağlı əlavə edib ki, regionlarda selektiv abortla əlaqədar atalarla maarifləndirmə işləri aparılır və bunun müsbət dinamikası rəqəmlərdə görünür: “Səhiyyə Nazirliyində ana ölümü ilə və ölümlə nəticələnməyən ağırlaşmalarla bağlı olan komissiya var. Biz bütün daxil olan məlumatları TƏBİB-lə araşdırıb qeydlər aparırıq”.