“MEDİAlab” layihəsi çərçivəsində hesabat konfransı keçirildi

img

Bu gün Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “MEDİAlab” layihəsi çərçivəsində “Yeni media mühitində təhsil və məşğulluq imkanları” adlı hesabat konfransı keçirilib.

Rezonans.az  xəbər verir ki, konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov dünya miqyasında rəqəmsal texnologiyaya sürətli keçidin, iqtisadiyyatın bütün ənənəvi sahələrində olduğu kimi media sahəsində də innovasiya və texnologiyaların tətbiqinin və ən əsası bunu bacara bilən kadrların hazırlanmasının zəruriliyini qeyd edib.

O bildirib ki, “MEDİAlab”ın fəaliyyət planının tədris proqramına uyğunlaşdırılması məqsədilə layihənin tərəfdaş universitetlərində təhsil alan 1000-ə yaxın tələbə arasında keçirilən sorğu nəticələrinin data əsaslı təhlili, media subyektləri ilə davamlı iş və çoxtərəfli kommunikasiya əsasında inkişafla bağlı hiss edilən ehtiyaclar, media sahəsində məşğulluqla bağlı həm yerli, həm də beynəlxalq tendensiyaların müqayisəli analizi və gənclərə məşğulluq imkanlarının yaradılmasının beynəlxalq təcrübədə verdiyi müsbət nəticələr bir daha gənclərə və gələcəyə ümidli olmağa əsas yaradır. Əhməd İsmayılov vurğulayıb ki, bu günki gündə qısa bir müddətdə layihə çərçivəsində əldə edilən uğurlar və növbəti mərhələdə bu sahədə təcrübə və məşğulluq imkanları ilə bağlı daha təkmil mexanizmlərin hazırlanması məqsədilə imzalanan Çoxtərəfli Əməkdaşlıq Memorandumu hər bir tərəfdən prosesin dəstəklənməsi və ümumi yanaşmanın uyğunluğunun göstəricisidir.

Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli media sahəsində işəgötürənlərə dəstək xidmətinin əhatə dairəsinin genişləndirilməsi, eyni zamanda, bu istiqamətdə davamlı tədbir və proqramların təşkili məqsədilə imzalanan Çoxtərəfli Əməkdaşlıq Memorandumu haqqında öz fikirlərini bölüşüb.

Xəbəri paylaş: