
Avropa İttifaqına üzv ölkələrin dövlət idarələri işçilərin iş yerində hicab kimi dini inancları simvolizə edən əşyalar taxmasını qadağan edə bilər.
Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Ədalət Məhkəməsi açıqlama verib.
Bildirilib ki, hicab kimi dini inancları simvolizə edən əşyalar taxmaq qadağan oluna bilər.
Qeyd edək ki, Aİ-nin ali məhkəməsi 2021-ci il iyulun 15-də qərar verib ki, şirkətlər müəyyən şərtlərlə işçilərinə hicab taxmağı qadağan edə bilər.