Deputat Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək

img

Milli Məclisin deputatı Vüqar İskəndərov Rusiya Federasiyasının Tatarıstan Respublikasının  Kazan şəhərində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək.


Rezonans.az xəbər verir ki, burada dekabrın 1-də və 2-də Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sambo üzrə çempionat, sərgi və mədəni tədbirlər keçiriləcək.

Səfər çərçivəsində Vüqar İskəndərovun Tatarıstan Xalqları Assambleyasının üzvləri və gənc azərbaycanlı fəallarla görüşləri də nəzərdə tutulub.


Səfər dekabrın 2-də başa çatacaq.

Xəbəri paylaş: