Ukraynada müharibə dövründə prezident seçkiləri keçirilməyəcək

img

Ali Radanın bütün fraksiyaları Ukraynada müharibənin sonuna qədər seçkilərin keçirilməyəcəyi ilə bağlı razılığa gəliblər.

Bu barədə Rezonans.az Ukrayna mətbuatına istinadən xəbər verir.

Belə ki, Ali Radanın bütün fraksiya və qrupları müharibə bitənə qədər Ukraynada seçkilərin (nə prezident, nə də parlament) keçirilməməsi barədə sənəd imzalayıb. Onlar hərbi vəziyyətin ləğvindən sonra altı aydan gec olmayaraq keçiriləcək.

Xəbəri paylaş: