Tapança satmaq istəyən şəxs saxlanıldı

img

Qusara polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində 1984-cü il təvəllüdü Eldar Əliyev rayonun Yasab kəndi ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Rezonans.az-a verilən məlumata görə, onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapançası, 5 ədəd patron və daraq aşkar edilərək götürülüb. 

Araşdırma zamanı izahatı alınan E.Əliyev tapançanı bir müddət əvvəl Bakı şəhərində əldə etdiyini və satmaq məqsədi ilə Qusar rayonuna gətirdiyini bildirib.

Faktla əlaqədar araşdırma aparılır.

Xəbəri paylaş: