Putin Rusiya ordusundakı əsgərlərin sayını artırdı

img

Rusiya Prezidenti Vladimir Putin ordudakı əsgərlərin sayını təxminən 170 min nəfər artırıb.

Rezonans.az xəbər verir ki, bununla bağlı Rusiya lideri fərman imzalayıb.

Fərmana əsasən, 1 milyon 320 mini əsgər olmaqla Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı 2 milyon 209 min 130 nəfər müəyyən edilib.

Qərar imzalandığı gündən qüvvəyə minib.

Qeyd edək ki, Putinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minən əvvəlki fərmanına əsasən, Rusiya ordusunda şəxsi heyətin sayı 1 milyon 150 min 628 əsgər olmaqla 2 milyon 39 min 758 nəfərdən ibarət olub.

Xəbəri paylaş: