Oğuzda dağdan kişi meyiti tapıldı

Oğuzda dağdan kişi meyiti tapıldı

Oğuzda dağda 43 yaşlı kişinin meyiti tapılıb.

Rezonans.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Xalxal kəndində baş verib.

Belə ki, kənd sakini, 1979-cu il təvəllüdlü Dağlar Namizəd oğlu Həmidov dağda ölü vəziyyətdə aşkarlanıb.

Məlumata görə, 43 yaşlı D.Həmidov dağa odun gətirmək üçün gedibmiş.

Onun eşitmə və nitq qüsurlu olduğu bildirilir.

Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyitin dağlıq ərazidən götürülməsi istiqamətində işlər aparılır.

D.Həmidovun bədbəxt hadisə nəticəsində öldüyü ehtimal edilir.

Xəbəri paylaş: