Kürdəmirdə mikroavtobus yandı

img

Kürdəmir rayonunun Qurdbayram kəndində “Mercedes” markalı mikroavtobusun yanar hissələri və salonuna yığılan əşyalar qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən Rezonans.az-a verilən məlumata görə, əşyaların qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş: