Moskvada yaşayış binasında güclü yanğın, iki uşaq öldü - VİDEO

img

Moskvada yaşayış binasında yanğın baş verib.

Rezonans.az xəbər verir ki, Moskvanın mərkəzində, Biblioteçnaya küçəsində yerləşən çoxmərtəbəli binada baş verən yanğında dörd və doqquz yaşlı iki uşaq ölüb.

Yanğın binanın10-cu mərtəbəsində baş verib.

Yanğından 3 nəfər xilas edilib.

Azyaşlı oğlan və qız uşaqları isə xəstəxanaya aparılarkən yolda keçiniblər.


Xəbəri paylaş: