"Biz Ukrayna ilə həmrəyik" - Etiraza qalxan ruslar

img

Yüzlərlə rusiyalı Londonun mərkəzində toplaşaraq rus qoşunlarının Ukraynadan çıxarılmasını və öz ölkələrində artan avtoritarizmə etiraz ediblər.

Rezonans.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bununla da onlar bütün rusların müharibəni və mülki əhalinin öldürülməsini dəstəkləmədiyini bildirib. 

"Biz Ukrayna ilə həmrəyik", - etirazçı ruslardan biri dedi. 

Etirazçılar Londonun Parlament meydanında, İkinci Dünya Müharibəsinin lideri Uinston Çörçillin abidəsi yaxınlığında toplaşıblar.

Xəbəri paylaş: