
Son günlər ölkə ərazisində mülayim hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Rezonans.az-a bildirib ki, bunun əsas səbəbi cənubdan ölkəmizə daxil olan isti hava dalğasıdır.
Onun sözlərin görə, dekabrın 3-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23 dərəcəyə çataraq, çoxillik iqlim göstəricilərindən 7,3 dərəcə yüksək olub.
Mülayim hava şəraiti dekabrın 5-dək davam edəcəyi bildirilib.