Qəbələ Rayon İcra Hakimiyyətində şura iclası keçirilib

img

Qəbələ Rayon İcra Hakimiyyətində növbəti şura iclası keçirilib. 


Rezonans.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev qanunsuz tikililər,  aparılan tikinti işləri zamanı şəhərsalma və arxitektura tələblərinin, qanunsuz  torpaq istifadəçiliyi  və bu sahədə qanun pozuntularının aradan qaldırılması ilə bağlı RİH Başçısının Sərəncamı ilə rayon icra hakimiyyətinin məsul şəxslərindən ibarət təşkil edilmiş inzibati ərazi dairələri üzrə mobil qruplar tərəfindən həyat keçirilən zəruri tədbirlərdən danışmışdır. 


İclasda həmçinin Vətən müharibəsi şəhidlərinin ailələri, eləcə də müharibə əlilləri və  iştirakçıları ilə görüşlərin keçirilməsi və onları narahat edən problemlərin həlli istiqamətində müvafiq işlərin davam etdirilməsi ilə əlaqədar tapşırıqlar verilmiş, rayon icra hakimiyyəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuş görüləcək işlər müzakirə edilmişdir.


Xəbəri paylaş: