İran Hərbi Dəniz Qüvvələri komandanı Bakıya gəldi

img

İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Şəhram İraninin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.

Rezonans.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində komandanın Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşü, həmçinin HDQ qərargahını və Heydər Əliyev adına Hərbi İnstitutu ziyarəti planlaşdırılır.

Xəbəri paylaş: