Azad edilmiş ərazilərdə bu həftə tapılan minaların sayı açıqlandı

img

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (27.10.2023 - 03.11.2023) açıqlanıb.

ANAMA-dan Rezonans.az-a verilən məlumata görə, Tərtər, Kəlbəcər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 37 piyada əleyhinə mina, 24 tank əleyhinə mina, 579 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2575, 9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Xəbəri paylaş: