Ukrayna artilleriyası təslim olmaq istəyən 25 hərbçini VURDU

img

Ukrayna Silahlı Qüvvələrinin artilleriyası Donetsk istiqamətində təslim olmaq istəyən 25 nəfərlik ukraynalı hərbçini məhv edib. 

Rezonans.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin 110-cu alayının 1-ci atıcı batalyonunun “Günbəz” çağırış nişanlı 1-ci atıcı rotasının komandir müavini bildirib.

Onun sözlərinə görə, danışıqlar zamanı Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri sağ qalmaq və ailələrinin yanına qayıtmaq istədiklərini bildiriblər: "Bundan sonra onlarla əlaqə yarada bildik. Gələcəkləri yer təyin olundu. Çox güman ki, bu Kiyev rejimi üçün sərfəli deyil, onlar öz hərbi qulluqçularını məhv ediblər".

Xəbəri paylaş: