İşğaldan azad edilmiş ərazilərdə meşəbərpa tədbirləri davam edir

img

 “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2023-cü ilin hazırkı dövrünədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində Meşələrin İnkişafı Xidmətinin yerli qurumları tərəfindən ümumilikdə 46 hektar sahədə 5 800 ədəddən artıq ağac əkilib, 3150 kq toxum səpilib. 

Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov Rezonans.az-a bildirib ki, aparılan meşəbərpa tədbirləri zamanı Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən və yerli torpaq-iqlim şəraitinə uyğun əkin materiallarından istifadə olunub.

“Proqram çərçivəsində 2026-cı ilin sonunadək Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Xocavənd, Ağdam və Füzuli rayonlarının 1150 hektar sahəsində meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulub”.

Xəbəri paylaş: